Milli

Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək

20.01.2022 , 21:09

Azərbaycan U-17 millisi beynəlxalq turnirdə mübarizə aparacaq.

Korner.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə, fevralın 6-13-ü aralığında keçiriləcək yarışda Azərbaycan yığması ilə yanaşı, İsrail, Qazaxıstan, Moldova, Gürcüstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, həmçinin Belarusun U-17 və U-16 komandaları çıxış edəcəyi qeyd olunub.

Azərbaycan millisinin oyunlarının təqvimi

6 fevral
11:00 Qırğızıstan – Azərbaycan

7 fevral
19:00 Azərbaycan – Belarus

9 fevral
12:00 Qazaxıstan – Azərbaycan

10 fevral
19:00 Azərbaycan – Tacikistan

Son yazılar

Yuxarı