Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək
14.03.2023 , 12:33

Azərbaycan Minifutbol Federasiyasının(AMF) dəstəyi ilə may ayının 1-dən 6-dək Bakıda beynəlxalq turnir keçiriləcək.
Korner.az xəbər verir ki, Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir may ayının 1-də start götürəcək.
Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcək. Yarışın qalibi may ayının 6-da müəyyənləşəcək. Qeyd edək ki, oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.
Oyunlar Bakı Tennis Akademiyasında keçiriləcək.
