Azərbaycan millisi Belarusla qarşılaşacaq
11.06.2025 , 18:50

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusda təlim-məşq toplanışında olacaq.
Korner.az xəbər verir ki,bu barədə AFFA-nın saytı məlumat yayıb.
İyunun 25-də Minskə yollanacaq yığma iyunun 28-də və iyulun 1-də Belarus millisi ilə yoldaşlıq görüşü keçirəcək.
Oyunların təşkil olunacağı stadion və başlama saatı barədə daha sonra məlumat veriləcəyi bildirilib.
