Azərbaycan millisi B Divizionuna düşdü
25.09.2023 , 10:32
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında sonuncu oyununu keçirib.
Korner.az xəbər verir ki, Moldova yığması ilə qarşılaşmanın əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən moldovalılar yekunda 4:1 hesabı ilə qələbə qazanıb.
Millimizin qollarını Orxan Məmmədov və Sabir Allahquliyev vurub.
Yekunda Superfinalı 14-cü pillədə tamamlayan milli A Divizionundakı yerini itirərək B Divizionuna düşüb.