Milli darmadağın oldu
07.09.2021 , 23:12

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, millimiz səfərdə Avstriyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 6:0.
A qrupunda yer alan Azərbaycan yığması ilk matçında Xorvatiyaya uduzub – 0:2.
Avropa çempionatı, seçmə mərhələ
7 sentyabr
A qrupu
20:00 Avstriya U-21 – Azərbaycan U-21 – 6:0
Baş hakim: Amin Kurqhelli (Belarus)
