Azərbaycan və Özbəkistan milli komandaları arasında bu gün Dubay şəhərində keçirilmiş yoxlama oyunundan sonra rəqib komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
“Bizdə çempionatda fasilə olduğu üçün oyun təcrübəmiz az idi. Millinizin həqiqətən də yaxşı futbolçuları var. Avropada oynadığınıza görə, sürətli futbola üstünlük verirsiniz. Bu da bizim üçün çox faydalı oldu. Yığmanıza uğurlar arzulayıram”.
