Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
29.07.2023 , 22:43

Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C divizionunun oyunları start götürüb.
Korner.az xəbər verir ki, A qrupunda qərarlaşmış U-18 millimiz qrupdakı ilk oyununda Malta yığması ilə üz-üzə gəlib.
Qarşılaşmaya üstün başlayan yığmamız gərgin oyunun yekununda 73:54 hesabı ilə qalib gəlib.
Millimizin qrupdakı növbəti rəqibi Cənubi Kipr seçməsi olacaq. İyulun 31-də baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
