Norveç yığmasının futbolçusu Stefan Yohansen İsveçlə yoxlama görüşündən sonra jurnalistlərə açıqlama verib.
Korner.az-ın məlumatına görə, iyunun 12-də “Avro-2016″nın seçmə mərhələsində qarşılaşacaqları millimizlə oyuna da toxunan Yohansen belə deyib:
“Azərbaycanla oyuna yüksək tepmdə başlamalıyıq. Əlbəttə, Azərbaycan millisi İsveçlə müqayisədə aşağı səviyyəli komandadır. Ancaq onlarla görüşdə daha yaradıcı və dəqiq oynamalıyıq”.
Qeyd edək ki, iyunun 12-də “Ullevaal” stadionunda keçiriləcək Norveç – Azərbaycan oyunu Baı vaxtı ilə saat 23:45-də başlayacaq.
