Azərbaycan millisi Albaniyaya məğlub oldu
23.03.2023 , 20:16

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Korner.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik ediyi kollektiv Albaniyadan olan həmyaşıdları ilə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb – 2:1.
Azərbaycan yığmasının yeganə qolunu 46-cı dəqiqədə Camal Cəfərov vurub.
