Azərbaycan millisi 4-cü səbətdə
11.03.2022 , 17:27

İyun ayında Slovakiyanın Koşitse şəhərində təşkil olunacaq mini futbol üzrə Avropa Çempionatında çıxış edəcək milli komandaların yerləşdiyi səbətlər məlum olub.
Korner.az xəbər verir ki, komandalar hər səbətdə 6 yığma olmaqla 4 səbətə bölünüblər.
Azərbaycan milli komandası Portuqaliya, Yunanıstan, Gürcüstan, Fransa və Polşa yığmalarının da olduğu dördüncü səbətdə yer alıb.
