Azərbaycan millisi 3-cü səbətdə
02.06.2023 , 13:38
İyunun 8-də, saat 16:00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzi-qərargahında final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raundunun püşkü atılacaq.
Korner.az xəbər verir ki, artıq komandalar səbətlərə bölünüblər.
Əsas mərhələni ən yaxşı qrup ikincisi kimi tamamlayan və bu mərhələyə birbaşa vəsiqə qazanan Azərbaycan millisi elit-raund üçün hazırlanmış 3-cü səbətdə yer alıb. Komandamızdan başqa bu səbətdə Ermənistan, Fransa, Serbiya və Sloveniya yığmaları qərarlaşıb. Bu isə o deməkdir ki, millimiz püşkdən sonra öz qrupunun 3-cüsü olacaq bu 4 komandanın heç biri ilə eyni qrupda yer almayacaq.
Səbətlər bu şəkildədir:
1-ci səbət
Xorvatiya
Qazaxıstan
Portuqaliya
İspaniya
Ukrayna
2-ci səbət
Gürcüstan
İtaliya
Polşa
Rumıniya
Slovakiya
3-cü səbət
Azərbaycan
Ermənistan
Fransa
Serbiya
Sloveniya
4-cü səbət
Belçika
Çexiya
Finlandiya
Almaniya
Niderland
20 komanda 5 qrupda
Elit-raundda bu 20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla mübarizə aparacaq. Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” isə pley-off oyununda iştirak edəcək. Əgər final mərhələsinə evsahibliyi Avropa ölkələrindən birinə verilsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 “ikinci” vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il 25 yanvarda, oyunları isə 8-17 aprel tarixlərində keçiriləcək.
6 oyun üçün 3 ay
Elit-raund mərhələsinin oyunları 3 ay ərzində keçiriləcək. Tarixlər bu şəkildə müəyyənləşdirilib:
11-20 sentyabr
2-11 oktyabr
11-20 dekabr