Azərbaycan millisi 2 yoldaşlıq görüşü keçirəcək
07.06.2023 , 10:59

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirəcək.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv iyulun 14-də və 17-də, Riqada, “Yanis Skredelis” stadionunda Latviya yığması ilə qarşılaşacaq.
Hər iki oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
