Azərbaycan millisi 1-ci oldu
04.07.2022 , 11:49

Korner.az xəbər verir ki, Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən turnirin son günündə Murad Fətiyev (90kq) finalda Kanadanı təmsil edən Aleksandr Arensibia üzərində qələbə qazanaraq qızıl medala sahib çıxıb.
İki günün nəticələrinə görə yığmamız turnirini 3 qızıl, 3 bürünc medalla başa vurub.
Bununla da, Azərbaycan millisi 32 ölkənin iştirak etdiyi beynəlxalq turniri birinci yerdə tamamlayıb.
Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq) qızıl, Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq) və Nəriman Mirzəyev (73 kq) bürünc medal qazanmışdılar.
