Tbilisidə təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib. Təmsilçimiz bu matçda məğlub olub.
Oyun meydan sahibi komandanın 5:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin hər iki qolunu Samir Qasımov vurub.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun sentyabrın 27-də keçiriləcək.
