Azərbaycan milli komandası FİFA reytinqində bir pillə yüksəldi
17.10.2025 , 17:18
Azərbaycan milli komandası FİFA reytinqində bir pillə yüksələrək 123-cü yerə çıxıb.
Korner.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 1142.25 xalla bu nəticəyə nail olub. Əvvəlki siyahıda millimiz 1148.09 xalla 124-cü pillədə qərarlaşmışdı.
DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması səfərdə Fransaya 0:3, Ukraynaya isə 1:2 hesabı ilə uduzub. Millinin irəliləməsi isə 124-cü pillədə olan Toqo yığmasının bir neçə sıra geriləməsi sayəsində mümkün olub.
FİFA reytinqində birinci sırada 1880.76 xalla İspaniya qərarlaşıb.