Azərbaycan Maltaya məğlub oldu
18.03.2025 , 19:00

Azərbaycanın qadınlardan ibarət U-17 millisi bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində 3-cü oyununu keçirib.
Korner.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz son matçında Malta yığması ilə üz-üzə gəlib.
Bayıl stadionunda keçirilən görüşdə yığma komandamız rəqibinə 0:2 hesabı ilə məğlub olub.
18 mart
13:00. Malta U-17 – Azərbaycan U-17 – 2:0
Baş hakim: Filipa Pereyra Kunya (Portuqaliya)
Baş hakimin köməkçiləri: Kristiana Moreyra Koşta (Portuqaliya), Erinda Kume (Albaniya)
Dördüncü hakim: Eqlantina Pyetruşay (Albaniya)
Bayıl stadionu.
