Azərbaycan Macarıstana məğlub oldu
12.07.2024 , 23:43

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
Korner.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda B Liqasının 1-ci qrupunun 5-ci turunda “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə üz-üzə gəlib.
Qarşılaşma millimizin 0:5 hesablı məğlubiyyəti ilə bitib.
Azərbaycan millisi 4 oyundan sonra 4 xalla qrupda dördüncüdür. Eyni xala malik Macarıstan yığması üçüncü pillədə qərarlaşıb.
Millimiz növbəti oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.
