Bu gün AFFA-nın Məşqçilər Komitəsinin üzvləri ilə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, baş katib Elxan Məmmədovun rəhbərliyi ilə keçirilən görüşdə Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şahin Diniyev və Böyükağa Hacıyev iştirak ediblər.
R.Prosineçki və Məşqçilər Komitəsinin üzvləri Azərbaycan milli komandası barədə ətraflı fikir mübadiləsi aparıblar.
