Karate

Azərbaycan Mərakeşdə 3 idmançı ilə təmsil olunacaq

12.05.2022 , 16:31

13-15 May tarixlərində Mərakeş Krallığının paytaxtı Rabat şəhərində Karate1 Premyer Liqa turnirinin 3-cü mərhələsi keçiriləcək.

Korner.az xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) bu mötəbər silsilə yarışlarında 3 idmançımız iştirak edəcək. Qadınların baş məşqçisi Denis Morozov İrina Zaretska (-68 kg) ilə birgə, Əminağa Quliyev və Sultan Hüseynovu (hər ikisi -60 kg) da müşayiət edəcək.

Rabatda Karate1 Premyer Liqa turnirində 48 ölkədən 238 idmançı mübarizə aparacaq. Nüfuzlu yarışın növbəti mərhələsi 2-4 Sentyabr tarixlərində Bakıda keçiriləcək.

Son yazılar

Yuxarı