Azərbaycan – Lüksemburq oyununun hakimləri
14.10.2023 , 13:55
21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avro-2025-in seçmə mərhələsinin Azərbaycan – Lüksemburq oyununa hakim təyinatları açıqlanıb.
Korner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü moldovalı hakimlər briqadası idarə edəcək. Referi Dumitri Muntean olacaq. Onayan xətt hakimləri qismində Denis Oala və Sergey Boqdan kömək edəcəklər.Dördüncü hakim funksiyasını isə İqor Bosca yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 17-də “Azərsun Arena”da keçiriləcək matç saat 18:00-da başlayacaq.