Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburqla keçirəcəyi oyunun hakimləri bəlli olub.
Korner.az-ın məluimatına görə, iyunun 7-də, saat 21:00-da “Bakcell Arena”da keçiriləcək matçı Mihay Fabianın başçılıq etdiyi macarıstanlı hakimlər idarə edəcək.
Ona İstvan Norbert Albert, Peter Berettyan və Sandor Ando-Szabo yardımçı olacaq.
Matçın hakim-inspektoru albaniyalı Sokol Jareci, komissarı sloveniyalı Tugomir Frajman təyin olunub.