Azərbaycan – Lüksemburq: hakim təyinatları
09.11.2021 , 14:46

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla matçının hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Manuel Şüttenqruber olacaq. Ona yan xətlərdə Roland Brandner və Robert Ştaynaxer kömək edəcək. Dördüncü hakim isə Yulian Vaynbergerdi.
Video-köməkçi hakimlər isə Harald Lexner və Sebastyan Gishamer təyin edilib. Serbiyalı Milan Karaciç hakim-inspektor, ukraynalı Yuri Barbaş FIFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Noyabrın 11-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq matçı saat 21:00-da başlanacaq.
