Azərbaycan London Yay Olimpiya Oyunlarına daha bir lisenziyanı qazanıb. Korner.az-ın məlumatına görə, 40-cı lisenziyaya güləş üzrə yığma komandamızın üzvü Xetaq Qazyumov imza atıb. Xetaq Çinin Tayuan şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində 96 kq çəki dərəcəsində yarışaraq finala yüksəlib və Olimpiadaya vəsiqə əldə edib.
Bu güləş üzrə milli komandalarımızın Londona 11-ci, ümumlikdə isə 40-cı lisenziyamız olub.
