Futzal üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşib. Korner.az-ın məlumatına görə, “Araz”la “Ekol” arasında bu gün Şağan Olimpiya İdman Kompleksində keçirilən final oyununda gözlənilməz nəticə qeydə alınıb. Belə ki, çempionatı 3-cü yerdə bitirən “Ekol” çempiona 4:3 hesabı ilə qalib gələrək, mövsümü titulla bitirib. Bununla da “Araz” mövsümü “qızıl dubl”la başa vurmaq şansını əldən verib.
Qeyd edək ki, Naxçıvan təmsilçisi son 8 ilin dəyişməz çempionudur.