Bu gün Azərbaycan kubokunda final oyunu keçiriləcək.
Korner.az-ın məlumatına görə, final qarşılamasında "Qarabağ" "Neftçi" ilə münasibətlərə aydınlıq gətirəcək.
Çempion Ağdam klubu həlledici oyunun favoriti sayılır. Lakin Avropa Liqasında mübarizə aparacaq "Neftçi"nin də bu matçda Qurban Qurbanovun yetirmələrinə asanlıqla təslim olmayacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, ötən mövsüm də finalda bu iki komanda qarşılaşmışdı. “Qarabağ” 3:1 hesabı ilə qalib gələrək “qızıl dubl” etmişdi.
25 may (çərşənbə)
Azərbaycan kuboku, final
20:00.“Qarabağ” – “Neftçi” 1-0
Qol: Madera 120
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika stadionu
