Azərbaycan kubokunun püşkü nə vaxt atılacaq?
12.11.2018 , 13:32

Azərbaycan kubokunda 2018/2019-cu il mövsümünün iştirakçı komandaları müəyyənləşib.
Yarışda Topaz Premyer Liqasının 8 komandası ilə yanaşı, 1-ci divizion təmsilçiləri olan “Kəpəz”, “Qaradağ Lökbatan”, “Şüvəlan” və “Ağsu” da mübarizə aparacaq.
Püşkatma mərasimi 14 noyabr tarixində AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 13:00-da başlayacaq.
