Azərbaycan Kubokunun püşkü atılır
14.11.2018 , 10:30

Bu gün Azərbaycan kubokunda 2018/19 mövsümünün püşkatma mərasimi keçiriləcək.
Yarışda 12 komanda mübarizə aparacaq. Bunlar Premyer Liqanın 8 klubu ilə yanaşı, I Divizion təmsilçiləri “Kəpəz”, “Qaradağ Lökbatan”, “Şüvəlan” və “Ağsu”dur. Komandalardan 4-ü mübarizəyə birbaşa 1/4 finaldan, qalanları isə 1/8 finaldan başlayacaq.
Qeyd edək ki, noyabrın 14-də AFFA-nın inzibati binasında keçiriləcək tədbir saat 13:00-da başlanacaq.
