Azərbaycan kubokunun püşkü atıldı – Yenilənib
24.11.2020 , 14:36

Bu gün Azərbaycan kubokunda 2020/2021-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Korner.az xəbər verir ki, bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, birinci divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılacaq.
1/8 final
1. “Səbail” – “Zaqatala”
2. “Turan Tovuz” – “Qəbələ”
3. “Sabah” – “Kəpəz”
4. “Qaradağ Lökbatan” – “Zirə”
1/4 final
5. “Sumqayıt” – 1-ci cütün qalibi
6. “Qarabağ” – 2-ci cütün qalibi
7. “Keşlə” – 3-cü cütün qalibi
8. “Neftçi” – 4-cü cütün qalibi
Qeyd edək ki, Azərbaycan kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək. 1/4 final qarşılaşmaları isə 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq.
Xatırladaq ki, ötən mövsüm turnir koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırıldığından, kubokun qalibi müəyyənləşdirilməyib.
