Azərbaycan Kubokunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşdi.
Korner.az-ın məlumatına görə, tədbir 6 oktyabr saat 12:00-da AFFA-nın inzibati binasında keçiriləcək.
Bu il Azərbaycan Kuboku uğrunda 19 komanda yarışacaq.
Tam siyahı belədir: “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL, “Sumqayıt”, “Rəvan”, “Qaradağ Lökbatan”, “Ağsu”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Səbail”.
