Futzal

Azərbaycan kubokunun iki oyunu təxirə salındı

06.03.2020 , 21:35

Futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilməli olan iki oyun təxirə salınıb.

Korner.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, martın 12-də keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Badamlı” və “Nəqşicahan” – “Baku Fans” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.

Oyunların keçirilmə tarixi barədə saytda əlavə məlumat yerləşdiriləcək.

Son yazılar

Yuxarı