Azərbaycan kubokunun finalında uduşlu hədiyyələr olacaq.
Korner.az-ın məlumatına görə, bu barədə Ramin Musayev bildirib.
O bildirib ki, mayın 17-də “Dalğa Arena”da keçiriləcək həlledici matçı izləməyə gələnlər qiymətli hədiyyələr qazana biləcək: “Əsl final ab-havası olacaq. Onu deyə bilərək ki, uduşlu hədiyyələr arasında avtomobil də olacaq. Hədiyyələrlə bağlı məlumat veriləcək”.
Qeyd edək ki, son illərdə final oyunlarında uduşa avtomobil qoyulub.
apasport.az