12/2013-cü il mövsümü Azərbaycan kubokunun final oyununa AFFA nümayəndələri və hakim-inspektorlarının təyinatı açıqlanıb.
Korner.az-ın məlumatına görə, qarşılaşmanı idarə edəcək hakimlərin adı gizli saxlanılır. AFFA Hakimlər Komitəsi final oyunu idarə edən hakimləri yalnız son anda açıqlayacaq.
Hələlik məlum olan təyinatlar isə aşağıdakı kimidi:
Azərbaycan kuboku, final oyunu
28 may (çərşənbə axşamı)
“Neftçi” – “Xəzər Lənkəran”
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
T. Bəhramov adına Respublika stadionu, 20:00 (canlı, “İdman Azərbaycan”)