2011/2012-ci il mövsümü Azərbaycan kubokunun final oyunu 17 may tarixində "Dalğa Arena"da keçiriləcək.
Korner.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, "Neftçi" – "Bakı" final oyunundan öncə saat 18:30-dan etibarən Azərbaycanın populyar müğənniləri – Röya və Aygün Kazımovanın, həmçinin meyxanaçılar – Rəşad Dağlı və Pərviz Bülbülənin iştirakı ilə möhtəşəm şou-proqram keçiriləcək.
Azərbaycan kubokunun final qarşılaşmasından sonra isə azarkeşlər və KİV nümayəndələri arasında uduşlu lotereya keçiriləcək. Lotereyada KİV nümayəndələri üçün iki ədəd notbuk, azarkeşlər üçün isə DVD oxuducu, televizor və “Renault Azərbaycan”ın təqdim etdiyi “Renault Logan” avtomobili oynanılacaq.
2011/2012-ci il Azərbaycan kubokunun "Neftçi" – "Bakı" final oyununa biletləri "Dalğa Arena" stadionunun və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar.
