Həftə içi keçiriləcək Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları çərçivəsində azarkeşlər 3 qarşılaşmanı canlı yayımla izləyə biləcəklər.
Bu barədə Korner.az-a PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib.
Belə ki, noyabrın 28-də keçiriləcək "Qəbələ" – "Qaradağ Lökbatan", "Bakı" – "Sumqayıt" və "Rəvan" – "Neftçala" matçları "İdman Azərbaycan" telekanalı vasitəsi ilə, azarkeşlərə təqdim olunacaq.
