AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Korner.az-ın məlumatına görə, Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Neftçi” – “Qaradağ Lökbatan” matçının 68-ci dəqiqəsində “Neftçi” klubunun 18 №-li futbolçusu Kaue da Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Neftçala” – AZAL matçında “Neftçala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 90+4-cü dəqiqəsində “Neftçala” klubunun 21 №-li futbolçusu Elvin Adışirinli və AZAL klubunun 3 №-li futbolçusu Xuan Fransisko kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün hər iki futbolçu 2 oyun cəzalanır, AZAL klubu 2000 ,“Neftçala” klubu 200 manat cərimə olunur (maddə 37.1).
Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Simurq” – “Rəvan” matçının 55-ci dəqiqəsində “Rəvan” klubunun 99 №-li futbolçusu Orxan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Sumqayıt” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 83-cü dəqiqəsində “Sumqayıt” klubunun 5 №-li futbolçusu Cəmil Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 90+1-cü dəqiqəsində “Bakı” klubunun 10 №-li futbolçusu Nurlan Novruzov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
Topaz Premyer Liqasının XV turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 58 və 82 – ci dəqiqələrində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunur (maddə 52.1).
Topaz Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52.2).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçının 41-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 70 №-li futbolçusu Elşən Rzazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Sumqayıt” – “Simurq” matçında “Simurq” klubunun 4 , “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionun XIV turunun “Kəpəz” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionun XIV turunun “Şəmkir” – “Göyəzən” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 29-cu dəqiqəsində “Göyəzən” klubunun 29 №-li futbolçusu Tunar Şaxtaxtinski kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
Azərbaycan I Divizionun XIV turunun “Qaradağ Lökbatan” – “Rəvan” matçında “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 45-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 7 №-li futbolçusu Anar Həsənov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
Oyunun 84-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 3 №-li futbolçusu Aydın İslamov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionun XIV turunun “Ağsu” – “Lokomotiv” matçında “Lokomotiv” klubu matçın ilkin protokolunda start heyətində 11 nəfərin adını göstərsə də, meydançaya 7 futbolçu ilə çıxmışdır. Oyunun gedişində “Lokomotiv” klubunun futbolçusu zədələnmiş və bununla da yetərsay təmin olunmamışdır. Buna görə də “Lokomotiv” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 31).
