Azərbaycan Kubokunda yarımfinalçılar məlum olacaq
20.05.2023 , 13:45

Bu gün futzal Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları keçiriləcək.
Korner.az xəbər verir ki, qalib gələcək komandalar mayın 24-də keçiriləcək final matçına vəsiqə qazanacaqlar.
20 may
Bakı İdman Sarayı
Saat 19:30 Baku Fire – MUM
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Xəlil Xəlilov
Hakim-inspektor: Füzuli Nəcəfov
Saat 21:30 Neftçi İK – Rəvan
Hakimlər: Hikmət Qafarlı, Hacıəli Ağayev, Nahid Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
