Azərbaycan kubokunda təsnifat məthələsinə yekun vuruldu
30.11.2023 , 15:56

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
“Zaqatala” “Şamaxı” ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. “İmişli” isə “Mingəçevir”lə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
30 noyabr
“Zaqatala” – “Şamaxı” 0:1
Qol: Emin Zamanov, 18
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə
Zaqatala OİK stadionu
“İmişli” – “Mingəçevir” 1:0
Qol: Həzrət İsayev, 87 (pen.)
Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimov
İmişli şəhər stadionu
