“Sumqayıt” və “Araz-Naxçıvan”dan 6 qol
29.11.2023 , 20:42
Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Korner.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.
Premyer Liqa təmsilçisi “Kəpəz” “Baku Sportinq”lə üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb. “Lerik” “Sumqayıt”ın qonağı olub və mübarizəni dayandırıb – 0:6. “Araz-Naxçıvan” isə “Kür-Araz”a qalib gəlib – 6:1.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
29 noyabr
Şahdağ Qusar – Qaradağ Lökbatan 0:1
Qol: Sultan Mustafayev, 60
Baş hakim: Rəvan Həmzəzadə
13:30 Kəpəz – Baku Sportinq 2:0
Qollar: Nemət Musayev, 99, Junior Martins, 107
Baş hakim: Əliyar Ağayev
15:00 Kür-Araz – Araz-Naxçıvan 1:6
Qollar: Ramazan Abbasov, 21 – Mohammed Kadiri, 21, Nicat Süleymanov, 47, 87, 90+2, Orxan Əliyev, 63, 88
Baş hakim: Rauf Cabarov
18:00 Lerik – Sumqayıt 0:6
Qollar: Rövlan Muradov, 19, Sənan Muradlı, 41, Erik Sorqa, 54, Kamran Quliyev, 68, 80, Nihad Əhmədzadə, 77
Baş hakim: Nicat İsmayıllı