Azərbaycan kubokunda daha 5 oyun baş tutdu
12.01.2020 , 13:20

Azərbaycan kubokunun 1/32 final mərhələsinin ilk oyunları çərçivəsində daha 5 oyun keçirilib.
Korner.az xəbər verir ki, günün ilk oyununda ölkəmizi eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil ediləcək Çempionlar Liqasında təmsil edəcək “Ulduz”la “Dalğa” qarşılaşıb.
Görüş “Dalğa”nın qələbəsiylə yekunlaşıb. “Star karqo-2” “Qarabağ Füzuli”ni, “Atletiko Baku” “Metropoliten”i, “Advokat” “Rayyan”ı, “Red Line” isə “Timsport”u məğlub edib.
Azərbaycan kuboku
1/32 final
11 yanvar
“Dalğa” – “Ulduz” – 3:1
“Star karqo-2” – “Qarabağ Füzuli” – 8:3
“Atletiko Baku” – “Metropoliten” – 7:3
“Advokat” – “Rayyan MFC” – 8:3
“Timsport” – “Red Line” – 1:15
Mərhələnin qalan 10 oyunu bu gün keçiriləcək.
