Azərbaycan kubokunun bombardirləri siyahısında dəyişiklik olub.
Korner.az-ın məlumatına görə, “Qarabağ”ın hücumçusu Vüqar Nadirov bombardirlər siyahısında ilk pilləyə yüksəlib.
Azərbaycan kubokunun 1/4 finalında dünən “Bakı”ya qarşı keçirilən cavab matçında het-trik edən V.Nadirov qolların sayını 5-ə yüksəldib. Bununla da o, “Simurq”un hücumçusu Draqan Çeranı (4 qol) geridə qoyub.
Siyahının növbəti pillələrində iki qolla Reynaldo (“Qarabağ”), Bəxtiyar Soltanov (“Qəbələ”), Röyal Nəcəfov (MOİK) qərarlaşıb.
Qeyd edək ki, V.Nadirov bu oyundan əvvəl Azərbaycan kubokunın 1/8 finalında MOİK-lə qarşılaşmada və 1/4 finalda “Bakı” ilə ilk matçda fərqlənib.
