Azərbaycan kubokunda 1/8 finalın vaxtı açıqlandı
30.11.2018 , 16:29

Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb.
Bir oyundan ibarət olun mərhələnin bütün qarşılaşmaları eyni gündə – dekabrın 6-da keçiriləcək.
6 dekabr (cümə axşamı)
Azərbaycan kuboku
1/8 final
14:00. “Ağsu” – “Sabah”
Ağsu şəhər stadionu
14:00. “Kəpəz” – “Səbail”
Gəncə şəhər stadionu
14:00. “Qaradağ Lökbatan” – “Sumqayıt”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
17:00. “Şüvəlan” – “Keşlə”
“AZAL Arena”
Qeyd edək ki, “Qaradağ Lökbatan” – “Sumqayıt” və “Şüvəlan” – “Keşlə” görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
