Azərbaycan Kubokunda 1/4 finalçılar müəyyənləşdi
03.12.2025 , 20:55
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.
Korner.az xəbər verir ki, bu gün turnirdə daha üç görüş keçirilib.
“Şamaxı” öz meydanında “Bakı Sportinq”lə qarşılaşıb. Görüş “Şamaxı”nın 1:0 hesablı qələbəsi ilə bitib.
“Qarabağ” isə “Karvan-Yevlax”ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
Turnirin son qalibi “Sabah” bu turda səfərə yollanaraq “İmişli” ilə qarşılaşıb. Masazır təmsilçisi bu görüşdən qələbə ilə ayrılıb – 2:1.
Qeyd edək ki, 1/8 final mərhələsi tək oyundan ibarətdir. Artıq “Turan Tovuz” və “Zirə” öz matçlarını qazanaraq 1/4 finala adlayıblar.
Azərbaycan kuboku
1/8 final
3 dekabr
19:00. “Qarabağ” – “Karvan-Yevlax” – 3:0
Qol: Nəriman Axundzadə, 80, Elvin Yunuszadə, 83-avtoqol, Nəriman Axundzadə, 89
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
“Azərsun Arena”
14:00. “Şamaxı” – “Bakı Sportinq” – 1:0
Qol: Abdullahi Şuaybu, 69
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Şamaxı şəhər stadionu
14:00. “İmişli” – “Sabah” – 1:2
Qollar: Coy-Lens Mikels, 59 (0:1), İbrahim Əliyev, 89-pen. (1:1), Kahim Parris, 96 (1:2)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Quba OİK stadionu