“Zirə”dən qələbə, “Qarabağ”dan heç-heçə
08.12.2022 , 22:24

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə “Zirə” “Neftçi”ni qəbul edib və 1:0 hesablı qələbə qazanıb. Günün son görüşündə “Qəbələ” “Qarabağ”ın qonağı olub. Görüş 2:2 hesablı heç-heçə ilə bitib.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması dekabrın 19-u keçiriləcək.
8 dekabr (cümə axşamı)
18:00. “Zirə” – “Neftçi” – 1:0
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Kamal Umudlu
Zirə İK stadionu
20:30. “Qarabağ” – “Qəbələ” – 2:2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
“Azersun Arena”
9 dekabr (cümə)
14:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli
Gəncə şəhər stadionu
17:00. “Səbail” – “Sabah”
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev
“ASCO Arena”
