Azərbaycan Kuboku: yeni mövsümün püşkü atıldı
19.10.2022 , 16:23

Azərbaycan Kubokunda 2022/2023 mövsümünün püşkü atılıb.
Korner.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirə Peşəkar Futbol Liqasının rəhbərliyi və klub nümayəndələri qatılıb.
Püşkün nəticəsinə əsasən, 1/8 finalda aşağıdakı komandalar üz-üzə gələcəklər:
Azərbaycan Kuboku
1/8 final
“Səbail” – MOİK
“Şamaxı” – “Turan”
“Sabah” – “Qaradağ Lökbatan”
“Zirə” – “Mingəçevir”
“Qəbələ” – “Araz Naxçıvan”
“Kəpəz” – “Sumqayıt”
1/4 final
“Qarabağ” – “Qəbələ”/”Araz Naxçıvan”
Neftçi – “Zirə”/”Mingəçevir”
