Azərbaycan kuboku: Yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı açıqlandı
07.04.2021 , 11:34

Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib.
Korner.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan kuboku, yarımfinal mərhələsi
21 aprel
Keşlə – Zirə
“ASK Arena”, 18:30
Sumqayıt – Qarabağ
Sumqayıt şəhər stadionu, 20:30
