Azərbaycan Kuboku: yarımfinal mərhələsi rəqəmlərin gözü ilə
22.04.2019 , 10:48

Azərbaycan Kubokunda yarımfinal mərhələsi bu həftə start götürəcək.
PFL-in məlumatına görə, ilk oyunlar çərçivəsindəki matçlar aprelin 23-də baş tutacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı bu mərhələdə üz-üzə gələcək komandaların Azərbaycan Kubokunun tarixindəki oyunlarının balansını təqdim edir.
13. “Qəbələ” – “Qarabağ” – ” – 7 oyun, +1=5-1, top fərqi 5-6
Azərbaycan kubokunda 5-ci dəfə yolları kəsişən komandalar ilk dəfə yarımfinalda görüşəcək. Rəqiblər indiyədək üç dəfə 1/4 final, bir dəfə finalda qarşılaşıblar. Üç dəfə “Qarabağ”, bir dəfə “Qəbələ” dueldən qalib ayrılıb. 4 dueldəki 7 oyundan beşi heç-heçə başa çatıb.
