Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.
Korner.az-ın məlumatına görə, baş tutacaq iki qarşılaşmanın biri televiziya vasitəsi ilə canlı yayımlanacaq.
Belə ki, "İnter Arena"da keçiriləcək "İnter" – "Neftçi" qarşılaşması saat 19:00-dan etibarən "İdman Azərbaycan" kanalının canlı efirində olacaq.
Zaqatalada baş tutacaq "Simurq" – "Qarabağ" matçı isə birincilərin klub TV-si ilə canlı yayımlanacaq.
