Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, biri əyalətdə, digəri paytaxtda olacaq oyunlar maraqla gözlənilirdi.
Günün ilk qarşılaşması Lənkəranda baş tutub. Kubok qazanmaqla varokuboklara getmək yolu olan iki komanda "Xəzər Lənkəran" və "Bakı" "Fırtınalar meydanı"nda finalçını bəlli edib. İlk oyunda 1:0-lıq qələbə qazanan "zolaqlılar" səfərə üstün yollansalar da, cütün qalibi ola bilməyiblər.
Günün ikinci və sonuncu oyunu isə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. "Qarabağ" ilk oyunda uduzduğu (1:2) "Neftçi"ni qəbul edib. Bu cütlükdən "ağ-qaralar" qalib çıxıblar.
Yarımfinal
Cavab oyunları
Qol: Ağabala Ramazanov, 45+1, Rahid Əmirquliyev, 81
Qol: Riçard Almeyda, 41-pen., Emeka Opara, 86 // Elvin Yunuszadə, 42, Nikolas Kanales, 77
