Bu gün Azərbaycan kubokunda 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, “Tərəqqi” öz meydanında “Ağsu”nu 3:1, “Qaradağ Lökbatan” “Lokomotiv”i 7:0 cavabsız qolla məğlub edib.
Doğma meydanda "Bakılı" ilə qarşılaşan MOİK rəqibinə 4:1 hesabı ilə qalib gəlib. Səfərdə “Şuşa”nın qonağı olan “Neftçala” rəqibini tək qolla keçib – 1:0. Baş tutacaq dörd qarşılaşmanın hamısı eyni vaxtda – saat 15:00-da başlayacaq.
Qeyd edək ki, iki gün öncə səfərdə "Qala" ilə qarşılaşan Gəncənin "Kəpəz" klubu rəqibini 4:2 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlmişdi.
