Azərbaycan Kuboku: son 14 mövsümün rekordu
20.04.2023 , 13:23
Azərbaycan kubokunun yarımfinalında məhsuldarlıq rekordu qeydə alınıb.
Korner.az xəbər verir ki, bu, mərhələnin ilk oyunları üçün son 14 mövsümün rekordunun təkrarıdır.
Turnirin ilk matçlarında 6 qol vurulub. “Qəbələ” “Səbail”i 3:2, “Turan Tovuz” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.
Bu müddətdə daha iki dəfə (2015/16 və 2016/17) eyni sayda qol qeydə alınıb. Daha çox topun vurulmasına sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub.
Həmin vaxt ilk qarşılaşmalarda komandalar 8 dəfə fərqləniblər. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə məğlub edib.
Yarımfinalın ilk oyunları üçün mütləq rekord 1994/95 mövsümünə məxsusdur. Həmin matçlarda 9 qol qeydə alınıb.